Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qarabağ Meşəçilik və Təlim Mərkəzinin yaradılmasına beş milyon manat xərclənəcək
Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin ("Ağıllı Tinglik Sahəsi", "Beynəlxalq Meşəçilik Təlim Mərkəzi" və "Dostluq Meşəsi") yaradılması üçün 5 milyon manat xərclənəcək.
Oxu.Az xəbər verir ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti açıq tender elan edib.
Ehtimal olunan qiyməti 5 milyon 57 min 291.20 manat olan müqaviləyə sahədaxili kommunikasiyaların çəkilməsi işləri də daxildir.
Təchizatçılar təklifləri təqdim etmək üçün 1 500 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi mayın 30-na təyin olunub.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək
- Vətəndaşlara ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
- Azərbaycan klubunun futbolçusu ölümdən döndü
- Ağalı kəndində torpaqlar sakinlərin istifadəsinə verilir
- Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər