Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qarabağ və Şərqi Zəngəzura köçən ailələrə "kupça" veriləcək?
Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, köç prosesi də sürətlə davam edir.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Maraqlıdır, bəs görəsən, Qarabağa və Şərqi Zəngəzura köçən ailələrə verilən mənzillər çıxarış ("kupça") ilə təmin olunacaqmı?
Məsələ ilə əlaqədar Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq normativ hüquq aktının layihəsi hazırlanıb.
"Layihə qüvvəyə mindikdən sonra sözügedən yaşayış sahələri üzərində vətəndaşların hüquqlarının dövlət qeydiyyatının aparılması məsələsinə baxılması təmin ediləcək".
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu" teqi üzrə xəbərlər
- Əliağa Əzizov: "Şirvan kanalının yenidən qurulması layihəsi davam etdirilir"
- Dünyanın məşhur səyyahları Ağdamda olublar
- Prezidentin köməkçisi: "Azərbaycanın yanaşması Cənubi Qafqazda sülhün təməlini qoydu"
- Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix AÇIQLANIB
- Qaranlıqdan işığa: Qarabağa qayıdış