Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yanğınların artmasının səbəbləri: Ehtiyatsızlıq, ya qəsd?
Son günlər ölkə ərazisində baş verən yanğın hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu hadisələr təkcə yaşayış binalarında deyil, ictimai iaşə obyektlərində də baş verir.
Yanğınların yaratdığı maddi ziyanla yanaşı, insanların həyatına olan təhlükə də ciddi narahatlıq doğurur.
Bəs artan yanğınların səbəbi nədir? Ehtiyatsızlıq, yoxsa qəsd?
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.
"Nəzarət etmirlər, bu gün eşitdim ki, yenə qaz sızmasından ölənlər var", ‒ deyə sakinlərdən biri bildirib.
"Əgər hansısa müəssisədə yanğın təhlükəsi mövcuddursa, işçilərin bu cür hallarda necə hərəkət etməli olduqlarını öyrənməsi üçün təlimlər keçirilməlidir", ‒ deyə başqa bir sakin qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
