Nazirlər Kabineti “Yol hərəkəti haqqında”qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları”nı təsdiq edib.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, bu qaydalar yol hərəkətinin tənzimlənməsinə cəlb olunan polis əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə qaydalarını müəyyən edir.
Qaydalara əsasən, bu, yol polisi xidmətini həyata keçirən əməkdaşlar, inspektorlar və baş inspektorlar, eləcə də xüsusi rütbəli digər əməkdaşlar aid edilir.
Sənədə əsasən, vəsaitdən YPX əməkdaşlarının maaşına xidmət zamanı inzibati xətalara görə tərtib olunan protokollardan daxil olan cərimələrin məbləğinin 25 faizi miqdarında əlavə edilir. Qalan vəsait yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlar arasında bərabər bölünərək, onların aylıq vəzifə maaşına əlavə edilir.
Qeyd edək ki, aylıq vəzifə maaşlarına əlavələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hesablanaraq, hər bir əməkdaşın əməkhaqqı kartına köçürüləcək.