Qazaxda çay kənarında meyiti tapılan şəxsin kimliyi məlum olub.
Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, 1983-cü il təvəllüdlü Məmmədov Fikrət Qoşqar oğlunun meyiti Ağstafaçay çayının kənarında aşkarlanıb. Onun suda boğulduğu ehtimal olunur.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
20.26
Qazax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, Ağstafa çayında bir nəfər çimərkən boğulub.
Hazırda meyit ekspertizaya göndərilib. Çayda batmış şəxsin kimliyi müəyyənləşdirilir.
A.S.
www.oxu.az