Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın ABŞ-ın Rusiya diplomatlarına 2016-cı ilin dekabrında tətbiq etdiyi sanksiyalara cavab tədbirləri hazırladığını bildirib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, o, bununla bağlı “Rossiya 1” telekanalına müsahibəsində qeyd edib.
Bununla yanaşı, Zaxarova əlavə edib ki, bu məsələ yalnız Xarici İşlər Nazirliyi tərəfindən həll ediləcək.
L.Ə.