Şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb.
Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox qar rayonun Xınalıq kəndinə düşüb.
Burada qarın hündürlüyü 18 sm-ə çatıb. Temperatur isə mənfi 5,5 dərəcəyə enib.
Qonaqkənddə isə qarın hündürlüyü 11 sm-dir. Qubanın digər dağlıq ərazilərinə də qar yağıb. Həmin ərazilərdə qarın qalınlığı 1-5 sm-dir.
Qusarın Ləzə kəndində isə qarın hündürlüyü 5 sm-ə qədərdir.
10:03
Ötən gün axşam saatlarından başlayaraq, Quba rayonuna qar yağıb.
Oxu.Az salamnews.org-a istinadən xəbər verir ki, qar örtüyü 6-7 santimetrə çatıb.
Buna baxmayaraq, dağ kəndlərinə gedən yollarda avtomobillərin hərəkətində heç bir problem yoxdur.
Qeyd edək ki, Azərbaycanın şimal rayonlarında yağmurlu hava davam edir.
E.Ə.
www.oxu.az