İndiyədək Omdusman Aparatının vəsadəti ilə 400-dən çox məhbus azadlığa buraxılıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib.
O, Mərkəzi Seçki Komissiyası ilə birgə Qubada seçki hüququ ilə bağlı regional maarifləndirmə tədbirində deyib ki, prezident seçkiləri ərəfəsində seçki hüquqları xüsusi əhəmiyyət daşıyır, seçmək və seçilmək hüquqları prioritet məsələdir:
“Qurban bayramı ərəfəsində növbəti əfv fərmanın imzalanması gözlənilir. Məsələ ilə bağlı Əfv Komissiyasına müraciət olunub. Müraciətdə yaşlı insanların, əlilllərin və cəzasının çox hissəsini çəkmiş şəxslərin əfv olunması təklifi verilib”.