Qusar şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, hadisə yanvarın 21-də axşam saat 19:00 radələrində qeydə alınıb.
Rayonun İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub.
Sonradan E.Aslanxanov idarəetməni itirdiyindən yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub.
Nəticədə S.Salmanov hadisə yerində dünyasını dəyişib, digər iki piyada isə xəstəxanaya yerləşdiriliblər.