İrəvanda Ramil Səfərovun bayrağımızı və dövlətçiliyimizi təhqir etdiyinə görə qətlə yetirdiyi erməni zabit Qurqen Marqaryana abidə ucaldılıb.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, abidənin açılış mərasimi erməni zabitin sentyabrın 26-na təsadüf edən 35 illiyinə həsr edilib.
Abidənin maliyyə xərcləri erməni zabitin adını daşıyan “Qurqen Marqaryan” fondu tərəfindən həyata keçirilib və dövlətdən heç bir dəstək alınmayıb, Armenia Today yazır.