Qusar rayon Polis Şöbəsinin (RPŞ) rəisi Arif Əliyev isə təqaüdə göndərilib.
Oxu.Az-ın APA-ya istindən verdiyi məlumata görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general polkovnik Ramil Usubov imzalayıb.
Nazirin digər əmrinə əsasən, Bakının Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi Zaur Bədəlov Qusar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
Qusar RPŞ-dən faktı təsdiqləyiblər.