Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Renson Mulele İnqonqan: "Azərbaycanda keçiriləcək COP29-dan yüksək nəticələr gözləyirəm"
"Düşünürəm ki, COP29 qlobal mühiti yaxşılaşdırmaq üçün istifadə edilə bilən bütün amillərin artırılması istiqamətində işləyəcək".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) Keniya baş prokuroru Renson Mulele İnqonqan jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanda keçirilən COP29-dan yüksək nəticələr gözləyir:
"İqlim dəyişikliyinə gəldikdə, ətraf mühitimizin çirkləndirilməsi və deqradasiyası var. Düşünürəm ki, bu konfrans qlobal mühiti yaxşılaşdırmaq üçün istifadə edilə bilən bütün amillərin artırılması istiqamətində işləyəcək".
O vurğulayıb ki, bu vəzifədə Azərbaycana gəlişi ilk dəfə idi:
"Həm COP29 tədbiri, həm də bu çərçivədə hüquq-mühafizə orqanlarının keçirdiyi tədbir çox yaxşı təşkil edilib. Çıxışçılar Azərbaycanı yüksək səviyyədə təşkil olunmuş BMT konfransına ev sahibliyi etdiyinə görə alqışlayıblar".
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"