Qarabağ və Gəncə-Daşkəsən Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olunub
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Ruslan Rasim oğlu Rzayev Qarabağ Regional Təhsil İdarəsinə, Elmin Məmmədtağı oğlu Məmmədtağıyev isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Qeyd edək ki, Elmin Məmmədtağıyev 2025-ci ildən bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri kimi, Ruslan Rzayev isə 2022-ci ildən bu təyinatadək Qazax rayonu üzrə təhsil sektorunun müdiri kimi fəaliyyət göstərib.

Fotoda solda Ruslan Rzayev, ortada Elmin Məmmədtağıyev, sağda isə Rəvan Baxışovdur
Şirvan-Salyan Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub.
Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Rəvan Baxışov təyinat alıb.
Qeyd edək ki, o, bu təyinata qədər idarədə maliyyə-iqtisadiyyat sektorunun müdiri vəzifəsində çalışıb.
