Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rövşən Əsgərov Moskvada qiyabi həbs edilib
Moskvanın Basmannı məhkəməsi “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı Rövşən Əsgərovu nasizmin reabilitasiyası ilə bağlı iş çərçivəsində qiyabi həbs edib.
Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmə istintaqın vəsatətini təmin edib, R.Əsgərov barəsində Rusiya Federasiyasının ərazisində saxlandığı və ya ekstradisiya edildiyi andan iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, - deyə bildirilib.
Bundan əvvəl İstintaq Komitəsi R.Əsgərova qarşı nasizmin reabilitasiyası (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi) üzrə cinayət işi başladıb. Bir müddət sonra isə axtarışa verib.
İstintaq müəyyən edib ki, o, aprelin 6-da “Facebook” səhifəsində qəsdən Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və gözdən salan yalan məlumatlar dərc edib.
Rövşən Əsgərov 30 il ərzində “Nə? Harada? Nə zaman?” intellektual teleoyununda iştirak edib, 2001-ci ildə yarışın ali mükafatı olan “Büllur bayquş” qazanıb.
Mənbə: RİA Novosti
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Aİ Rusiyanın hücumuna hazırlaşır: Tarix açıqlandı
- Rusiya tarixində ən böyük brilyantın qiyməti açıqlandı
- Azərbaycan və Rusiya XİN başçıları arasında məktub mübadiləsi olub
- Putinin xüsusi nümayəndəsi ABŞ ilə danışıqların detallarını açıqladı
- Rusiya və ABŞ birbaşa hava əlaqəsinin bərpasını müzakirə edirlər