Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov vəfat edib.
Oxu.Az xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan 76 yaşlı akademik F.Qurbanov aparılan müalicələrə baxmayaraq, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, F.Qurbanov tibb elmləri doktoru, professor olub.
Faktı Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı da təsdiq edib.
Könül Cəfərli