Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-u qeyri-iş günü elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Noyabrın 9-u şənbə gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 9, 10 və 11-i istirahət edəcəklər.
Lakin, Azərbaycanda tədrisi 6 günlük olan məktəblərdə noyabrın 11-i dərs günüdür.
Bunu APA-ya Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib.
O bildirib ki, şənbə günü bayramla əlaqədar tətil olduğu üçün həftənin birinci günü 6 günlük olan məktəblərdə dərs keçiriləcək.
Noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Həmçinin Milli Dirçəliş Günü - noyabrın 17-si iş günü hesab edilir.