ABŞ son iki ildə UNESCO-ya maliyyə ayırmaqdan imtina etdiyi üçün təşkilatda səs hüququnu itirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Associated Press” agentliyin verdiyi məlumata görə, ABŞ bundan sonra UNECSO-da qərarların qəbulunda iştirak edə bilməyəcək.
Vaşinqton bu hüququ özünə qaytarmaq istəsə, bir neçə yüz milyon dollar ödəməli olacaq.
Xatırladaq ki, ABŞ 2011-ci ildə Fələstinin UNESCO-ya qəbul olunmasına etiraz əlaməti olaraq təşkilata üzvlük haqqı ödəməkdən imtina edib. Kanada və İsrail də eyni addımı atıblar. ABŞ-ın ianələri UNESCO büdcəsinin 22%-ni təşkil edir.
Bu səbəblə təşkilat ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən bəzi proqramların icrasını məhdudlaşdırıb.