Sabunçu rayonunda yol-nəliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
R.Qəmbərov küçəsində iki minik avtomobilinin toqquşması nəticəsində 1989-cu il təvllüdlü Abdullayev Cavid Arif oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona çanağın əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu