Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şahin Seyidzadə: “İçərişəhərdə nəqliyyatın artımı tarixi obyektlərin zədələnməsinə səbəb olur”
“İllər öncə sahibkarların İçərişəhərdə yaratdıqları ictimai iaşə obyektləri, hotellərin sayının 40-dan 200-ə çatdırılması burada nəqliyyatın sayını artırır, tarixi obyektlərin zədələnməsinə səbəb olur”.
“Report” xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Qoşa Qala Meydanında keçirilən “KOB Fest” – sərgi-satış yarmarkası çərçivəsində jurnalistlərə bildirib.
“Amma çalışırıq Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq bu balansı daim qoruyaq. İçərişəhər birbaşa dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindədir. Müxtəlif fəaliyyətlər vasitəsilə İçərişəhərdəki bir tərəfdən tarixi abidələrin, digər tərəfdən sahibkarların və yerli icmanın inkişafına dəstək proqramları həyata keçirilir”, - Ş.Seyidzadə vurğulayıb.
Onun sözlərinə görə, təkcə İçərişəhərdə deyil, ölkə ərazisində pandemiya səbəbindən məhdudlaşmalar müşahidə olunurdu: “Buna baxmayaraq Prezidentin tapşırığı ilə sahibkarlara dəstək mexanizmləri tətbiq olunmuşdu. Biz də öz tərəfimizdən İçərişəhərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müxtəlif imtiyazlı məqsədlərlə qərarlar vermişdik. Artıq pandemiya bitmək üzrədir. İçərişəhər tək tədbir məkanı deyil, həm də sahibkarlıq icmasını birləşdirən məkandır”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- Prezident: "Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq"
- Prezident: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
- İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb"
- İlham Əliyevdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iştirakçılarına MÜRACİƏT