Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial media platformalarında paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
Oxu.Az-ın məlumatına görə, araşdırmalarla həmin şəxslərin 2006-cı il təvəllüdlü Pərvanə Muxtarova, 1997-ci il təvəllüdlü Malik Bədəlov və 2002-ci il təvəllüdlü Cavid Ələkbərov olduqları müəyyən edilib.
Onlar məhkəmənin qərarı ilə hər biri səkkiz sutka müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, P.Muxtarova "TikTok" sosial şəbəkəsində "Limon turşusu" adı ilə tanınır.