Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yanvarın 28-də, saat 11:10-da iki nəfər (qadın cinsli) hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, bir nəfərin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 11:00-da rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tural Balayevin idarə etdiyi BMW markalı, 99-GA-139 dövlət nömrə nişanlı avtomobillə Əliqulu Hüseynovun idarə etdiyi VAZ-2107 markalı, 52-BL-784 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Xəsarət alanlar VAZ-2107 markalı avtomobildə olan sərnişinlərdir.
Əzizə İsmayılova