AMMİ (Amerika Müştəri Məmnuniyyəti İndeksi) tədqiqatçıları istehlakçıların istək və arzularına cavab verən məişət texnikası modellərini və markalarını təqdim ediblər. Reytinqə mövcud 100 baldan 80 bal toplayan Samsung şirkəti başçılıq edib. Bu barədə təşkilatın rəsmi saytında dərc edilmiş hesabatında deyilir.
AMMİ istehlakçıların istifadə etdikləri məhsul və xidmətlərin qiymətləndirməsinə əsaslanaraq, ABŞ-da istehlakçı seçimlərinin faktiki göstəricisini əks etdirir. 47 sənayedə 400-dən çox şirkətin müştəri məmnuniyyətini ölçən bu indeksi müəyyən etmək üçün hər il 500 mindən çox istehlakçı arasında sorğu keçirilir. Sorğu iştirakçılarından istehsalçıları qiymətləndirmələri xahiş olunaraq, real müştərilərin geniş çeşiddə məhsul və xidmətlərdən istifadə təcrübəsinin olması yoxlanılır. Müştəri məmnuniyyəti göstəriciləri hər təqvim ili ərzində aylıq olaraq dərc olunur. AMMİ-nin təqdim etdiyi araşdırma tədqiqatçılar, korporasiyalar, dövlət qurumları, bazar analitikləri və investorlar, sənaye ticarət birlikləri və istehlakçılar tərəfindən geniş şəkildə istifadə olunur.
:640.jpg)
AMMİ 2020/21 təsadüfi seçilmiş 7 960 respondent arasında aparılan anket sorğusuna əsaslanaraq, 7 iyul 2020-ci ildən 26 iyun 2021-ci ilə qədər olan dövrü əhatə edir.
Samsung keçən il sözügedən məişət texnikası istehsalçıları siyahısında birinci və ikinci yerləri tutan LG və Bosch şirkətlərini geridə qoyaraq bu il birinciliyə sahib olub. Belə ki, brendin göstəriciləri keçən ilə nisbətən 3 % artıb, digər lider brendlərin göstəricilərində isə 2020-ci ilə müqayisədə müvafiq olaraq 1 % və 6 % azalma müşahidə edilib.

Qeyd edək ki, məhsullar dizayn, mobil tətbiqin keyfiyyəti və mövcudluğu, zəmanət, xidmət, istehsalçının veb-saytından məmnunluq, davamlılıq və s. kimi göstəricilər üzrə qiymətləndirilib. Hər göstərici maksimal olaraq 100 bal ilə qiymətləndirilib, istehsalçının ümumi göstərici isə sorğu kateqoriyalarının ümumi göstəriciləri əsasında hesablanıb.