Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslər müxtəlif qidalar qəbul ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkimi Əli Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, pasiyentlər əsasən halva və südlü aş qəbul ediblər:
"Onlarda halsızlıq və ishal əlamətləri olub. Xəstəxanada pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir".
Samuxda zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, iyulun 15-i saat 15:30-dan etibarən yeddisi azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:
"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir".
Aygün Mirakif
Samuxda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.