Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə dairəvi yolda, “Sədərək” ticarət mərkəzinə gedən istiqamətdə baş verib.
Belə ki, “VAZ-21015” markalı avtomobil yolda hərəkət edərkən aşıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
İlkin ehtimala görə, hadisə avtomobil yüksək sürətlə idarə edilərkən idarəetmənin itirilməsi səbəbindən baş verib.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.