“Neftin dünya bazarında qiymətinin enməsi bizim iqtisadiyyata da təsir edəcək”
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan neft tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Ekspertin qeyd etdiyi kimi, bizim iqtisadiyyat neft qiymətlərinin dəyişməsinə həssadır.
“Ölkə ixracatının təxminən 86 faizi neft xammalından ibarətdir. Hakimiyyət tərəfindən iqtisadiyyatın diversifikasıyası istiqamətində atılan addımlara baxmayaraq, son 10 il ərzində ölkə ixracatında tendensiyalar dəyişmir. Əvvəlki kimi neft, yenə də ölkəmizin əsas gəlir mənbəyi olaraq qalır.
Son dörd ildə dünya bazarlarında neftin qiymətinin sabit olması baxımından Azərbaycanın bəxti gətirib, bu qiymət hər zaman 1 barel üçün 110 və 111 dollar arasında dəyişib. Ona görə də biz praktiki olaraq 2011-ci ildən “Azəri-Çıraq-Günəşli” (AÇG) dəniz blokunda neft hasilatının həcmnin azalmasını hiss etməmişik.
İndi Azərbaycan neftinin qiyməti bir barel üçün 102 dollara düşüb. Həmdə AÇG-də olduğu kimi, Azərbaycan üzrə də neft hasilatının həcmi azalıb.
Əgər bu tendensiya ilin sonuna qədər davam edərsə, o zaman ölkənin neft gəlirlərində geriləmə artacaq. Bu isə hökumətin planlaşdırılmış xərclərində neqativ əksini tapacaq”, - ekspert qeyd edib.
Gülnarə Zeynalova
www.oxu.az