Bu həftə Qerman Qoldman 101 yaşını qocalar evində yox, 73 ildir işlədiyi Şərqi Hannoverdə çıraq istehsal edən şirkətdəki həmkarlarının əhatəsində qeyd edib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, ikinci dünya müharibəsində ordudakı xidmətini nəzərə almasaq, o 1941-ci ildən burada çalışır. Hazırda həftədə 4 saat işləyir.
O, hətta həyat yoldaşını itirdikdən sonra da işindən ayrılmayıb. “O, olduqca cəlbedici olan arvadına çox bağlı idi və o da bizim şirkətdə işləyirdi. Qadın öldü, ancaq Qerman əvvəlki işində qaldı”, - şirkətin sahibi Maks Lebersfeld deyib.
Qermanın sözlərinə görə, iş onun səhər tezdən durmasına və hərəkət etməsinə səbəb olur: “Bütün gün televizorun qarşısında oturmaq heç bir xeyir vermir”.