Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şəhid qardaşı: "Anam onun həsrəti ilə bu dünyadan köçdü"
"Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qardaşı anasının onun həsrəti ilə dünyasını dəyişdiyini bildirib".
Oxu.Az xəbər verir ki, bu barədə aprelin 18-də Samux rayonunun Qovlarsarı kəndində dəfn edilən Birinci Qarabağ müharibəsində şəhid olmuş Münasib Mehdiyevin qardaşı Adil Mehdiyev "Report"un Qərb bürosunun əməkdaşı ilə söhbətdə danışıb.
O, illər sonra qardaşının nəşinin dəfn edildiyi məkanın müəyyənləşdiyi üçün sevindiyini deyib:
"Dövlət başçısına və bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm, 33 il sonra qardaşımın taleyi məlum oldu, gözlərimiz yollardan çəkildi.
Anam qardaşımın yolunu gözləyə-gözləyə, onun həsrəti ilə dünyasını dəyişdi. İndi onlar qovuşublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
"Birinci Qarabağ müharibəsi" teqi üzrə xəbərlər
- Erməni terrorçular yenidən aktivləşirlər? - Rəsmi İrəvan tarixdən dərs almalıdır
- "Facebook" erməni terrorçu Melkonyanla bağlı QADAĞANI GÖTÜRDÜ
- Samuxda Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyev dəfn edilib
- Cocuq Mərcanlı sakini: "Həm kəndimiz azad edildi, həm də qardaş nisgilinə son qoyuldu"
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib