Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qobustan qoruğuna mediatur təşkil olunub
Azərbaycan Mədəniyyət Nazirliyi 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna mediatur keçirib.
Oxu.Az-ın məlumatına görə, ölkənin aparıcı KİV nümayəndələrinin iştirak etdiyi mediatur respublikanın qiymətli tarixi irsinin qorunmasının vacibliyinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə təşkil olunub.
İştirakçılar muzeyin unikal eksponatlarını, qədim petroqlifləri, ibtidai insanların ibadətgahlarını və minilliklər boyu qoruqda mühafizə olunan dayanacaqlarını öz gözləri ilə görmək imkanı əldə ediblər.
Tədbir zamanı KİV nümayəndələrinə qoruq ərazisində qorunan tarixi abidələrin mühafizəsi, tədqiqi və təbliği istiqamətində görülən işlər barədə geniş məlumat verilib.
Beynəlxalq Abidələr Günü çərçivəsində Qobustan qoruğunda həmçinin Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə birgə təşkil olunmuş "Azərbaycanın arxeoloji irsinin qorunması" adlı elmi-praktik seminar keçirilib. Alimlər və ekspertlər, eləcə də elmi ictimaiyyətin nümayəndələri qədim abidələrin öyrənilməsi, konservasiyası və təbliği ilə bağlı aktual məsələləri müzakirə ediblər.
Əlavə edək ki, bu gün Mədəniyyət Nazirliyinin tabeliyində olan muzey və tarixi-mədəni qoruqlarda açıq qapı günü elan edilib.
Rufina Abdullayeva
"Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" teqi üzrə xəbərlər
- Azərbaycana ilk səyahət: ABŞ-li turist təəssüratlarını bölüşdü
- İşğal illərində Azərbaycanın mədəni irsinə 700 milyon manatdan çox ziyan vurulub
- Amerikalı turist Azərbaycana heyran oldu: "Uzaq əcdadlarımızla əlaqə hiss etdim"
- Açıq qapı günündə minlərlə qonaq Qobustan qoruğunu ziyarət edib
- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür