Avqustun 17-də Şəmkirdə baş verən ağır qəzada ölən 6 nəfərdən birinin bu gün doğum günü olacaqdı.
Oxu.Az APA TV-yə istinadla xəbər verir ki, ad günü olacaq şəxs VAZ-2106 markalı avtomobilin sərnişini, Mahmudlu kənd sakini 2009-cu il təvəllüdlü Elvin Məmmədovdur.
Daha ətraflı süjetdə:
Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az xəbər verir ki, VAZ-2106-nın sürücüsünün qardaşı Polad Aslanov APA TV-yə açıqlamasında bildirib ki, həmin şəxslər "ciyər axşamı"na gələndə KIA ilə vurulublar: "Yüksək sürətlə gəlirmiş. Gedib xəstəxanada KIA-nın sürücüsünü tapdım. Dedi ki, günah məndədir, onların səhvi yox idi". O, bərk sürdüyü üçün avtomobili saxlaya bilmədiyini dedi".
Qeyd edək ki, qəzada 7 nəfər xəsarət alıb. Vəfat edən sürücü Əlizamin Aslanovun 5 yaşlı oğlu Qoşqar Aslanovun vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Şəmkir rayonunun Əliyaqublu kəndində baş verən qəzanın bəzi təfərrüatı bilinib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, qəzaya düşənlər hadisə zamanı həyatını itirən VAZ-2106 markalı avtomobilin sürücüsü Əlizamin Aslanovun bacısı oğlunun Dəllər-Cəyir kəndində bu gün keçirilməsi nəzərdə tutulan kiçik toy mərasimindən öncə təşkil olunan "ciyər axşamı"na gedirmişlər.
İlahə Məmmədova

Zəhra Vəliyeva


Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində 2009-cu il təvəllüdlü Elvin Məmmədov ölüb.
Oxu.Az E.Məmmədovun fotosunu əldə edib.
Xatırladaq ki, hadisə ötən gün Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində VAZ-2106 avtomobili ilə KIA markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib.
Fotonu təqdim edirik:
