Dövlət sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində 2014-cü ildə dövlət sərhədini pozduğuna görə 423, sərhəd rejimi qaydalarını pozduğuna görə isə 16 min 2 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, onların 46,1 faizi Azərbaycan, 18,7 faizi Özbəkistan, 6,4 faizi İran, 4,5 faizi Moldova, 4,3 faizi Əfqanıstan, 3,8 faizi Türkiyə, 3,1 faizi Gürcüstan, 2,6 faizi Rusiya, 2,6 faizi Suriya, 1,9 faizi Nigeriya, 1,9 faizi Ukrayna, 4,1 faizi digər ölkə vətəndaşları olub.