Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının 2024-cü ilin ilk onlayn formatda iclası keçirilib.
“Report” xəbər verir ki, iclas Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, eyni zamanda, xidmətin Müşahidə Şurasının Sədri Vahid Hacıyevin sədrliyi ilə keçirilib.
Müşahidə Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclasda Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərovun ötən bir il ərzində xidmət tərəfindən görülmüş işlərə dair məruzəsi dinlənilib.
Həmçinin, xidmətin nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafının artırılması məqsədilə daxili audit siyasətinin təsdiqi barədə müvafiq qərarlar qəbul olunub.
Rəylər