Şirvan şəhəri, Məhəmməd Əsədov küçəsi, ev 30a ünvanında ölüm hadisəsi qeydə alınıb.
APA-nın məlumatına görə, həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Əhmədov Balaqardaş Məlik oğlu yatdığı vəziyyətdə üzərindəki örtük elektrik qızdırıcısının üstünə düşüb. Örtüyün tüstüləməsi nəticəsində B.Əhmədov boğularaq ölüb.
Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.