Bu ilin birinci yarısında 33 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası həyata keçirilib.
Oxu.Az xəbər verir ki, sözügedən məlumat Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.
Bildirib ki, hesabat dövründə xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr daha da genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası, həmçinin müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti üzrə təhvil verilməsi təmin edilib.