Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Sosial şəbəkədə təhqir və böhtana görə hansı cəzalar nəzərdə tutulub?](https://images.oxu.az/2025/01/05/OY9t8CU6X9W9CpyFhAC7WO3xGzYUi9UDS8XlvKaw:1200.jpg)
Sosial şəbəkədə təhqir və böhtana görə hansı cəzalar nəzərdə tutulub?
Sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı üçün platforma deyil, həm də ictimai-siyasi təsir və idarəetmə alətinə çevrilib.
Bəzi hallarda isə istifadəçilər bir-birlərinin ünvanına təhqir və ya böhtan xarakterli sözlər yazırlar. Adətən vətəndaşlar belə hallarla qarşılaşdıqda polisə müraciət edirlər.
Bəs bir-birlərinin şərəf və ləyaqətini alçaldan şəxsləri hüquqi müstəvidə hansı cəza gözləyir?
Hüquqşünas Hikmət Əliyev bildirib ki, sosial şəbəkələrdə hər hansı bir şəxsin ünvanına təhqir və ya böhtan xarakterli məlumatın nümayiş etdirilərək yayılması cinayət məsuliyyətinə səbəb olur:
"Eyni zamanda, sosial şəbəkədə təhqir və böhtan yayanlara qarşı mülki məhkəmə qaydasında iddia qaldırıla bilər. Bir çox hallarda təhqir və böhtan xarakterli məlumatlar saxta hesablar vasitəsilə yayılır. Bu, onların cinayət məsuliyyətini istisna etmir".
Daha ətraflı Baku TV-nin materialında:
![](https://img.youtube.com/vi/AcCGq5qZe80/sddefault.jpg)
"Sosial şəbəkələr" teqi üzrə xəbərlər
- Sosial media asılılığından xilas olmaq üçün Azərbaycanda klinika açılacaq?
- Türkiyədə 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək
- Türkiyədə qadın sosial şəbəkədə kişilərlə bağlı ədəbsiz paylaşım etdi: Həbs edildi
- 500 dollarlıq qaynadılmış yumurta gündəm oldu
- Azərbaycanlı alim Almaniyada vəfat etdi
Rəylər