Bakıda “Sovetski” adlanan ərazidə yanğın baş verib.
Oxu.Az xəbər ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 60 kv.m-lik sahədə, təkər sexində qeydə alınan yanğın ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verib.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
13:07
Bakıda “Sovetski” adlanan ərazidə yanğın baş verir.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) “Əfsanə” kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.