"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb".
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var. Əlavə məlumat veriləcək.
Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, redaksiyanın ətrafında bir neçə polis avtomobili də var.
Xatırladaq ki, iyunun 30-da "Sputnik-Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirilməsi barədə məlumat daxil olub.
Hazırda "Sputnik Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirilir.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl "Sputnik Azərbaycan"ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.