Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sumqayıt sakinlərinin narahatlığı: "Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik"
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi, Şah İsmayıl Xətai küçəsində yerləşən 46 saylı binanın sakinləri evlərinin yaxınlığında obyektin tikintisindən narazılıq edirlər.
"Evimin pəncərəsinin qarşısında çayxana tikirlər. Bura avara adamlar toplaşacaq, bütün səs-küy də evimin içində olacaq. Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik", - deyə sakinlər bildiriblər. Sakinlər ərazidəki ağacların kəsildiyini də iddia edirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə aparılan tikinti tam qanuni əsaslara malikdir və müvafiq icazə sənədləri mövcuddur.
Eyni zamanda, həmin ərazidə heç bir ağac kəsilməsi faktı qeydə alınmayıb.
Daha ətraflı Baku TV-nin süjetində:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Şərurlu İsfəndiyardan NÖVBƏTİ ŞİKAYƏT: "85 min dollarımı qaytarmır, deyir, ucuz satmışıq"
- "Baksol" yolunu niyə qazıblar?
- Qaradağda naməlum şəxs ağac kəsməyə CƏHD EDİB
- Tovuzda sel suları fəlakətə səbəb oldu - Kənd sakininin evi uçdu
- Yasamalda küçə itləri MEYDAN SULAYIR: Kiçik qız hücumdan güclə qurtuldu