Bu gün Sumqayıtda ənənəvi “şəhər günü” qeyd olunur.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın bölgələrindən dəvət olunmuş qonaqlar və musiqi kollektivləri də iştirak edirlər.
Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdirdə iştirak edib. O, Sumqayıt şəhərinin sakinlərini təbrik edərək bayram tədbrini açıq elan edib. İcra başçısı Sumqayıt şəhərinin 2 hissəyə bölünməsi məsələsinn aktual olaraq qaldığı və bu məsələnin yoluna qoyulacağını vurğulayıb.
Bayram tədbiri qədim Corat kəndindən başlayaraq Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdirilib.
Tədbirdə hərbiçilərin keçidi, idmançıların motosikletçilərin, Rusiyanın Sank-Peterburq şəhərinin “Barabançı qızlarının” nümunəvi çıxışları, həmçinin qırıcı təyyarələrin möhtəşəm avia şousu baş tutub.
Qeyd edək ki, bütöv bir günü əhatə edən “Şəhər günü” bayramı axşam saatlarında məşhur türk müğənnisi Rafet El Romanın konserti ilə davam edəcək və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.
www.oxu.az