Sumqayıtda qadın qətlə yetirilib. Hadisə Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.
Məlumata görə, 49 yaşlı İsmayıl Ramazanovun qeyri-rəsmi nikahda yaşadığı 31 yaşlı Mehriban Ağabalazadəni qətlə yetirdiyi bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun qohumu Baku TV-yə bildirib ki, onların tez-tez mübahisələri olurdu: "Övladı deyirdi ki, anasını qabağında boğurdu. Gəlinin sözlərinə görə, kişi içəndən sonra onu döyüb, söyürdü. Dəfələrlə zəng edib, onu ölümlə hədələyib. Əvvəl bir yerdə yaşayıblar. Bir həftədən çoxdur ki, gəlin burada qalırdı. Qorxurdu ki, uşağına xəsarət yetirə bilər".
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində qətl hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, martın 6-sı səhər saatlarında Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirdiyi ehtimal edilir.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerindən qaçan İ.Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Aygün Mirakif