Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (qadın) oktyabrın 11-də saat 15:30-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müvafiq şöbələrdə müalicələri davam etdirilir, bir nəfərin vəziyyəti orta ağır, digərinin isə stabil qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, hadisə ötən gün Sumqayıt şəhəri, Sülh prospektində "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı mikroavtobusun toqquşması nəticəsində baş verib.