Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib.
Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir.
Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşlı övladının oktyabrın 9-da "Laləli" körpələr evi-uşaq bağçasında tərbiyəçinin diqqətsizliyi və nəzarətsizliyi səbəbindən sürüşkəndən yıxılaraq xəsarət aldığını iddia edib.
Qaynar xətt:
(055) 224 12 12