Biləcəri enişində yolun bağlanması prosesi gecikib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakının Binəqədi rayonunda, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyatın hərəkəti saat 23:00-da məhdudlaşdırılacaq.
Məlumata əsasən, hazırda ərazidə hərəkət intensivliyinin azalması gözlənilir. Buna görə yolun saat 20:00-da birbaşa bağlanması mümkün deyil.
Məhərrəm Əliyev
Bu gün saat 20:00-dan etibarən Bakının Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar Moskva prospektinin kənar yolu, Biləcəri enişi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.