Talassemiya xəstəliyindən əziyyət çəkən bir ailənin iki övladı - Safiyyə və Zəfərin əməliyyatları üçün dəstəyinizə ehtiyac var.
Bu barədə Oxu.Az-a uşaqların valideynləri müraciət ediblər. Safiyyə və Zəfərin anası Səlmi Nəsmiyeva bildirib ki, övladlarının əməliyyatı üçün maddi imkanları çatmır:
“Talassemiya xəstəliyindən tam sağalmaq üçün Safiyyə və Zəfərə sümük iliyi köçürülməlidir. Türkiyə ilik bankında övladlarıma uyğun donorlar tapılıb, amma əməliyyat çox bahadır.
:640.jpg)
Uşaqlarımın hər ikisi əməliyyat olunmalıdır və biz bu xərci qarşılaya bilmirik. Safiyyənin vəziyyəti daha kritik olduğuna görə, təcili martın 21-nə əməliyyat günü təyin edilmişdi, lakin əməliyyat xərclərini tamamlaya bilmədik. İmkanlı şəxslərdən Safiyyə və Zəfər üçün köməklik göstərmələrini xahiş edirik. Hər iki uşağın sağalması, yaşaması üçün dəstəyinizi əsirgəməyin”.
:640.jpg)
Qeyd edək ki, sümük iliyi köçürülməsi əməliyyatının qiyməti 50 min ABŞ dollarıdır.
Safiyyə və Zəfərin valideynlərinin bank məlumatları:
Kapital bank – 4169 7388 0471 6540 Tural Nəsmiyev
Kapital bank – 4169 7387 4709 3775 Səlmi Nəsmiyeva
Əlaqə nömrəsi: 050 583 63 36
:640.jpg)
:640.jpg)
:640.jpg)