Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tanınmış aparıcı: "On aydır müraciət etmişəm, bir zolağı rəngləyən yoxdur"
Bakının Xətai rayonunda yerləşən Süleyman Vəzirov küçəsində piyada zolağının yararsız vəziyyəti vətəndaşların haqlı narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, 2024-cü ilin fevral ayında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) zolağının rənglənməsi üçün rəsmi müraciət etsə də, heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı AYNA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi müxtəlif səbəblərdən baş verir.
"Boyaların rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlanma xətləri hava şəraiti nəzərə alınmaqla ən qısa zamanda yenilənəcək. Hərəkət iştirakçıları ərazidə mövcud olan yol nişanlarının tələblərinə mütləq qaydada riayət etməlidirlər".
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Bakıda ağac evin üzərinə aşdı: Çatlar yarandı
- Uşaq poliklinikasında borc qalmaqalı: Vətəndaşa arayış verilmədi
- Bakıda qəbiristanlıqdakı gəlinlik qorxu yaratdı
- Cəlilabadın qazsız qalan 15 kəndi: Problem nə zaman həll olunacaq?
- Həftəsonu parklanma qaydalarını pozanlar sakinləri narahat edirlər: "Buna göz yumurlar" - ŞİKAYƏT