2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün sənəd qəbulu davam edir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident yanında Təhsil üzrə Komissiya artıq 41 namizəd barədə müsbət qərar verib.
Digər namizədlərlə bağlı qərarlar verildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” prezidentin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilib.