Сari ilin 6 ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-sosial ekspert komissiyaları tərəfindən təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz azalaraq 11085 nəfər təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə ƏƏSMN-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunan dövrdə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi 2,9 faizdən 3,7 faizə, hissəvi reabilitasiya göstəricisi isə 0,7 faizdən 2,7 faizə yüksəlib.
“Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Son 6 ayda həmin bərpa-müalicə müəssisələrində ümumilikdə 3608 nəfərə bərpa-müalicə xidməti göstərilib ki, onların 596 nəfərini sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar təşkil edib”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az