“AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olması haqqında araşdırmalar aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, bunun birmənalı olaraq peyvəndlə bağlı olub-olmamasını demək çətindir:
“Bu, yalnız müvafiq araşdırmalardan sonra bəlli olacaq. Bəzi ölkələr özlərini sığortalayaraq bu peyvəndinin vurulmasını dayandırıblar”.
“Bəzi ölkələr bu peyvəndi vurdurmağa davam edir. Məsələn, Gürcüstanda insanlara bu peyvənd vurulur”, - deyə o əlavə edib.
İlhamə Əbülfət