Tovuz rayonunda ağır yol nəqliyyat qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sarı Tala kəndi ərazisində baş verib.
“VAZ 2106” markalı avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralılar dərhal Tovuz rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda ölən və yaralıların kimlikləri dəqiləşdirilir.