Tovuz rayonunda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.
Qeyd olunub ki, bu gün saat 00:50-də dəm qazı zəhərlənməsi şübhəsi ilə dörd nəfər RMX-yə hospitalizasiya edilib:
"Həmin şəxslərə dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar".
Xatırladaq ki, 1955-ci il təvəllüdlü S.Həsənov, 1989-cu il təvəllüdlü E.Həsənov, 1960-cı il təvəllüdlü G.İbrahimova və A.Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilmişdilər.
Məlik Məlikov