Tovuz rayonunun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin əsas binasının birinci mərtəbəsində tədris olmayan sinifdə qəfildən yanğın başlayıb.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, əraziyə üç yanğınsöndürən və 15 nəfər canlı qüvvə cəlb edilib. Alov tez bir zamanda söndürülüb, sinif otaqları yanğından mühafizə edilib.
Hadisə zamanı binada olan şagirdlər vaxtında təxliyə edilib, xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.
Yanğının baş verməsinə ilkin səbəb kimi köhnə elektrik naqillərində yaranan qısaqapanma göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev